- Baxış sayı: 57
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

İstanbulda təşkil edilən Avropa gənclər paralimpiya oyunları başa çatıb.
Allsport.az xəbər verir ki, 7-ci dəfə təşkil edilən Avropa gənclər paralimpiya oyunlarında debüt edən milli paralimpiya komandası 7 idman növündə 17 idmançı ilə təmsil olunub.
Azərbaycan idmançıları oyunları 4 qızıl, 2 gümüş və 7 bürünc medalla bitirib.
33 ölkədən 700-ə yaxın idmançının mübarizə apardığı oyunlarda Azərbaycan komandasına qızıl medalları Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11), gümüş medalları isə Orxan Cəfərov (parataekvondo, K44, 80 kq) ilə Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək) qazandırıb.
Bürünc medallara isə Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) yiyələnib.