- Baxış sayı: 56
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Ölkəmizi Avropa gənclər paralimpiya oyunlarında təmsil edəcək paralimpiyaçılar müəyyənləşib.
Allsport.az xəbər verir ki, İstanbulda 21-28 iyulda 7-ci dəfə təşkil olunacaq Avropa gənclər paralimpiya oyunlarında Azərbaycan milli paralimpiya komandası debüt edəcək.
Paralimpiyaçılarımız 9 idman növü üzrə keçiriləcək oyunların 7 növündə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.
Ölkəmizi parataekvondoda K44 kateqoriyası üzrə Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova (47 kq), paracüdoda J2 kateqoriyası üzrə Ömər Qurbanov (62 kq), Hüseyn İsmayılzadə (70 kq) və Elnarə Nizamlı (60 kq), bocciada Fidan Səfquliyeva (BC2 kateqoriyası) ilə Günel Rzazadə (BC4 kateqoriyası), paraüzgüçülükdə Əli Vəliyev ilə Murad Məmmədov, paraatletikanın uzunluğa tullanma növündə Ayşə Arabova, parastolüstü tennisdə Ləman Abdulhəmidova, parakamandan oxatmada isə İsmayıl Allahverdiyev təmsil edəcək.
33 ölkədən 700-ə yaxın idmançının iştiraki ilə təşkil olunacaq yarışlar 23-27 iyulda paraatletika üzrə Enka idman mərkəzində, digər bütün idman növləri üzrə isə Cebeci idman kompelsində baş tutacaq.