- Baxış sayı: 20
- 13 Aprel 2025 22:38
- Baxış sayı: 54
- Aprel 13, 2025
- 0
Türkiyədə “Bioderma pro çimərlik turu”na yekun vurulub. Allsport.az saytı xəbər verir ki, İstanbulda keçirilən turnirdə ümumilikdə 23 qadın və 30 kişi komandası iştirak edib.
Azərbaycan yarışda 3 qadın (Çinarə Quliyeva/Larisa Smeltsova, Fidan Əhmədxanova/Nərmin Səmədzadə, Lizi Latsabidze/Səbinə Əlizadə) və 2 kişi komandası (Vadim Kutukov/Heydər Məmmədli, Akşin Ağazadə/Fərda Dünyayev ) ilə təmsil olunub.
Qadınların mübarizəsində adı ilk çəkilət cüt uğurlu çıxışla yadda qalıb. Üç görüşdə qalib gələn təmsilçilərimiz turnirdə 5-ci yeri tutdular. Ötən mövsüm eyni yarışda 20-ci olan qızlarımız bu ilki nəticə ilə böyük uğura imza atıblar. Voleybolçularımız beynəlxalq reytinq xalları ilə yanaşı, pul mükafatı da qazanıblar.