- Baxış sayı: 39
- 21 Aprel 2025 10:05
- Baxış sayı: 106
- Aprel 21, 2025
- 0
Həftəsonu Parisdə FİA-nın baş assambleyası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Jan Todt yekdilliklə növbəti dəfə prezident seçilib. O, 2021-ci ilə qədər bu vəzifəni tutacaq. Amma qaydaya görə daha talib ola bilməyəcək.
Fransalı mütəxəssis yığıncaqdan sonra ona etimad göstərən hər kəsə minnətdarlığını bildirib. Deyib ki, son 8 ildə gördüyü işləri uğurla davam etdirməyə çalışacaq. Jan Todt FİA-nı daha güclü və daha etibarlı təşkilat səviyyəsinə qaldırmağı hədəflədiyini söyləyib.