Jerve Martel «Lans»ın sahibinə inanır

Son günlər Fransa KİV-ləri «Lans»ın prezidenti Jerve Martel, bu klubun səhmdarı Hafiz Məmmədov və nəqliyyat nazirinin oğlu Anar Məmmədovla bağlı «Point to Point» offşor şirkəti arasında bağlanmış müqavilədən yazır. Məqalədə qeyd olunur ki, anlaşmada «sarı-qırmızılar»ın sahibinin əvəzindən «Lans»ın hesabına 2,5 milyon avronu adı son çəkilən Azərbaycanlı ödəyib.

Maraqlısı, guya həmin məbləğ qaytarılmasa, səhmləri Anar Məmmədovun mülkiyyətinə keçəcək. Ancaq məlumdur ki, Hafiz Məmmədov həmin sözləşməyə imza atmayıb. Bunun saxta olmasını, o, açıq şəkildə bəyan edib. «Baghlan Group»un prezidenti yaydığı son bəyanatda bütün bu qaranlıq və anlaşılmaz duruma aydınlıq gətirib.

Allsport.az saytı xəbər verir ki, həmkarlarımız «Lans»ın prezidentinin uzun müddət səhmdarı müdafiə etdiyini qeyd edərək, klubun düşdüyü çətin vəziyyətin aradan qalxmasında Azərbaycan hökumətinin dəstək verəcəyi və komandanın beynəlxalq arenada nüfuzdan düşməsinə imkan verməyəcəyini yazırlar.

İmza ilə bağlı qalmaqala gəlincə, Jerve Martel bu məsələdə bitərəf mövqe tutub: «Bu, azərbaycanlılar arasında olan bir problemdir. Mənə qətiyyən aid deyil. Bilirəm ki, dekabrın 31-dək vəziyyətə Hafiz Məmmədov və digər xüsusi qrup arasında aydınlıq gəlməlidir. Yanvarın əvvəlindən komanda gücləndirmək üçün çalışacağıq. Mən klubun gələcəyi əminəm. Hafiz Məmmədovun son bəyanatı haqda əlavə heç nə demək istəmirəm. Bizə vəziyyətin düzələcəyi ilə bağlı söz veriblər. Həmin insanlara inammı böyükdür».

Həmin kateqoriyadan