- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Milan” qışda hücum xəttini gücləndirmək niyyətindədir.
Allsport.az xəbər verir ki, İtaliya təmsilçisinin bu mövqe üçün əsas hədəfi “Arsenal”ın futbolçusu Qabriel Jesusdur.
“Rossoneri”lər 28 yaşlı hücumçunu qış transfer pəncərəsində icarəyə götürmək istəyir.
Jesus cari mövsüm ərzində cəmi iki oyuna çıxıb. Onun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.