- Baxış sayı: 49
- 22 Dekabr 2024 10:00
- Baxış sayı: 162
- Dekabr 18, 2024
- 0
Dekabrın 20-22-də Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində cüdo üzrə 18 yaşadək yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib.
Allsport.az xəbər verir ki, yeniyetmə oğlan və qızlar arasında təşkil olunan yarışda cüdoçular 16 çəki dərəcəsində qüvvələrini sınayıblar.
İlin son yarışında “Judo Club 2012”nin idmançıları 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar. Klubun üzvlərindən Aysu Quliyeva (+70 kq), Zeyd Ələsgərov (60 kq), Məhəmməd Ağakişiyev (73 kq) və Tunar Fərzəliyev (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nərmin Sadulova (63 kq) və Səid Şərifov (73 kq) isə Bakı birinciliyinin gümüş medallarına sahib olublar. Bürünc medalları isə klubun aktivinə Aytac Yolçuzadə (48 kq), Nərgiz Vəlizadə (+70 kq), Əlimöhsün Hacıyev (66 kq), Ayxan Həsənli (73 kq), Emin Şirinov (90 kq), Xalid İlyasov (90 kq) və Tahir Əfəndiyev (+90 kq) yazdırıb. Beləliklə, Bakı birinciliyini 13 medalla başa vuran “Judo Club 2012” klubu ümumi komanda hesabında ikinci yeri tutub.
Azərbaycan cüdo federasiyası və Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 798 (693 oğlan, 105 qız)
cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın keçiriləməsində əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləviliyinə nail olmaqdan ibarət olub. Turnir müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək ölkə birinciliyinə seçim xarakteri daşıyıb.