- Baxış sayı: 135
- 16 Mart 2026 23:12
- Baxış sayı: 191
- Mart 16, 2026
- 0

“Qarabağ”ın hücumçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu Braziliya klubu ilə müqavilə imzalayıb.
2023-cü ilin yayından Ağdam təmsilçisinin formasını geyinən braziliyalı bu müddətdə 81 oyunda 42 qol vurub. O, premyer liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, “Qarabağ”la ölkə çempionu və kubokunun qalibi olub.