- Baxış sayı: 11
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 42
- Aprel 14, 2026
- 0

Əfsanəvi portuqaliyalı futbolçu Kriştianu Ronaldu 2030-cu il dünya kubokunda oynamaq ehtimalını istisna etməyib. Allsport.az saytı xəbər verir ki, bu dünya çempionatında Portuqaliya millisi, Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə bir qrupda yer alacaq.
Jurnalist Fabrizio Romano məşhur qolçunun sözünü nümunə gətirir: “2030-cu il Dünya Kubokunda oynamaq ehtimalımı tamamilə istisna edə bilmərəm. Əgər 41 yaşımda hər həftə qol vursam, bəlkə daha 4 il oynaya bilərəm”.
Bu mövsüm 41 yaşlı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında 28 oyun keçirib, 25 qol vurub və dörd məhsuldar ötürmə edib. O, Portuqaliya milli komandasında 226 oyun keçirib və 143 qol vurub.