“Ümid edirəm ki, o, Dünya Kubokunda oynayacaq”

Allsport.az saytı xəbər verir ki, “Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal “narıncılar”ın keçmiş ön xətt oyunçusu və Braziliyanın bütün zamanların ən çox qol vuran oyunçusu Neymarın şəninə tərif deyib.

“Neymar mənim kumirimdir və futbola verdiyi hər şeyə görə ona həmişə minnətdaram. O, hər kəsə ilham verir. Neymar elə oyunçudur ki, bilet almaq üçün pul ödəyəcəksiniz, 3 gün sonra necə hərəkət etdiyini görmək üçün oyunlarını yenidən izləyəcəksiniz.

Ümid edirəm ki, o, Dünya Kubokunda oynayacaq”, – Mərakeş əsilli futbolçu bildirib.

Həmin kateqoriyadan