- Baxış sayı: 10
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 42
- Aprel 14, 2026
- 0

Qətərin “Əl-Sədd” klubu öz liqasının çempionu olub. Allsport.az saytı xəbər verir ki, komanda turnir cədvəlindəki ən yaxın rəqibi olan “Şəmal”ı məğlub edərək, mövsümün bitməsinə bir oyun qalmış titulunu təmin edib.
“Əl-Sədd” ardıcıl 3-cü dəfə çempion olmaqla, 19-cu Qətər liqa titulunu qazanıb. Bu, həm də “Əl-Sədd”in ardıcıl 3 titul qazandığı 3-cü haldır. Əvvəllər bunu 1978-1981 və 1986-1989-cu illərdə etmişdi.