- Baxış sayı: 147
- 27 Mart 2026 16:26
- Baxış sayı: 67
- Mart 29, 2026
- 0
Premyer Liqada ilk dövrənin son oyununda “Neftçi”yə məğlubiyyətdən sonra 4 günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri bu gün bir araya gələcək. Allsport.az saytı xəbər verir ki, komanda məşqləri Bakıda bərpa edəcək.
“Sarı-göylər” hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək. Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub.