- Baxış sayı: 132
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Kəpəz” – AzAL matçının AFFA nümayəndəsi dəyişdirilib. Allsport.az xəbər verir ki, sabah keçiriləcək bu oyunu təyinat almış AFFA nümayəndəsi Şaiq Həmidov əvəzlənib.
Belə ki, “Kəpəz” – AzAL oyununda Həmidovun əvəzinə Maşallah Əhmədov AFFA nümayəndəsi təyin olunub. Amma bu dəyişikliyin səbəbi açıqlanmır.