- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
Premyer Liqanın 36-cı turunda Gəncə şəhər stadonunda “Qəbələ” ilə görüşəcək “Kəpəz” 2 futolçunun əməyindən istifadə edə bilməyəcək. Allsport.az saytı xəbər verir ki, komandanın meydana çıxması sual altında olan əsas heyət üzvləri Julien Ebah və Namiq Ələsgərovun son durumuna aydınlıq gəlib.
“Zirə” ilə səfər oyununda zədələnən hər iki futbolçu oyunu buraxacaq. Həftə ərzində müalicə olunan oyunçuların vəziyyətinə son müayinədən sonra aydınlıq gəlib və tibbi personalın qərarı müsbət olmayıb.
Onu da qeyd edək ki, Tərlan Quliyev cəza müddətini başa vurduğundan “Qəbələ” ilə qarşılaşmada oynaya biləcək.