- Baxış sayı: 69
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 176
- Dekabr 05, 2025
- 0
Premyer Liqanın 33-cü turunda səfərdə “Xəzər Lənkəran” üzərindəki qələbədən sonra “Kəpəz” Bakıya qayıdıb. Allsport.az saytı xəbər verir ki, komanda istirahət etmədən dünəndən növbəti turun oyunu üçün hazırlığa başlayıb.
Mayın 11-də Gəncədə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” sabah doğma şəhərə gələcək. Nizami yurdunun təmsilçisi oyundan öncəki məşqi matçın keçiriləcəyi şəhər stadionunda keçəcək.
Hazırlıq saat 16:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyacaq.