“Kəpəz” Kamerun yığmasının forvardını transfer etdi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi kamerunlu hücumçu Julien Ebahı heyətinə qatıb.

Futbolçu artıq “Kəpəz”in düşərgəsinə qoşulub. Klub ötən mövsüm 16 qolla Kamerun çempionatının bombardi olan oyunçu ilə 2016-cı ilin 30 iyununa kimi müqavilə imzalayıb.

Tam adı Julien Jeromi Ebah Tobiye olan oyunçu 2009-cu ildə karyerasına ölkəsinin “Les Astres” klubunda başlayıb. O, 2011-13-cü illərdə “Nyu Star”, 2013-cü ildə “Yunion Duala”, 2014-cü ildə isə yenidən “Les Astres” klubunda çıxış edib. 25 yaşlı hücumçu ilk dəfə olaraq “Kəpəz”də legioner həyatı yaşayacaq.

Qeyd edək ki, futbolçu 2012-ci ildən Kamerun milli komandasına dəvət alır və 5 oyunda meydana çıxaraq, 1 dəfə rəqib qapısına yol tapa bilib.

Həmin kateqoriyadan