“Kəpəz” paytaxtdan yurda dönür

Premyer Liqanın 4-cü turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun Bakı hazırlığını bu gün başa vurub. Allsport.az saytı xəbər verir ki, komanda sabah Nizami yurduna gələrək matç öncəsi son məşqinə görüşün keçiriləcəyi şəhər stadionunda çıxacaq.

Hazırlıq saat 17:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları ilə qarşılaşma üçün U-21 yığmasının heyətində olan Orxan Əliyev də “Kəpəz”ə qoşulub. Yığmanın oyunundan sonra bir gün istirahət edən futbolçu “sarı-göylər”in dünən və bu günə olan məşqlərində iştirak edib.

Qeyd edək ki, Orxan Əliyev Farer adaları ilə oyunda 2-ci hissədə forma geyinmək şansı qazanıb. Gənc yarımmüdafiəçi “Kəpəz”in U-21 yığması ilə yoxlama matçında da meydanda olaraq, şərəfini qoruduğu klubun qapısına 2 qol vurmuşdu.

Həmin kateqoriyadan