- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Portuqaliya paytaxtı Lissabonda Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, 45 ölkənin 359 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycanı 9 nəfər təmsil edir. Rəqabətin ilk günü komandamız hesabına 1 medal yazıb.
60-kq-da Kəramət Hüseynov 1/16 finalda Nikolae Foka (Moldova), sonra Mehraz Ağquşu (Türkiyə) üstələyib. 1/4 finalda ispaniyalı Fransisko Garrigosa yenilən idmançımız, təsəlliverici görüşdə italiyalı Angelo Pantanonu, 3-cü yer üçün tutaşmada bolqarıstanlı Yanislav Gerçevi ipponla məyus edib.
Avropanın ən güclülərinin yarışında ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-ci sıraya çıxanlar 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252 və 182 əmsal xalı qazanırlar.