- Baxış sayı: 234
- 02 Dekabr 2025 12:37
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Bu gün Azərbaycan idman akademiyasının stadionunda kamandan oxatma üzrə “Zəfər” turnirinin açılışı olub.
Allsport.az saytı xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan kamandan oxatma federasiyasının baş katibi Fərid Xəlilov, turnirin gənc oxatanların hazırlıq səviyyəsinin artırılması və Dakar-2026 gənclərin olimpiya oyunlarına lisenziya uğrunda mübarizədə mühüm rol oynadığını qeyd edib.
Açılışdan sonra yarışların sıralama atışlarına start verilib. Turnirin ilk günündə qızlarda 1/16, 1/8 və 1/4, oğlanlarda isə 1/8 və 1/4 mərhələləri tamamlanıb.