Kamilə Vəliyeva yenidən buz üzərində!

Rəqabətli dönüş hələ çox uzaqdadır – idmançı yalnız 2025-ci ilin dekabrından etibarən turnirlərdə iştirak edə bilər. Lakin şouda iştirak həm də ən yaxşı konkisürənlərin karyerasının ən vacib komponentidir.

Allsport.az saytı xəbər verir ki, qayıdış Soçi parkında, Tatyana Navkanın “Ruslan və Lüdmila” tamaşasında baş tutub. Kamilə baş qəhrəman rolunu oynayıb və Aleksander Enbert gözəlçəni müşayiət edib. Vəliyevanın fevral ayından sonra ilk dəfə buz üzərinə çıxması tərəf-müqabili ilə olub.

Həmin kateqoriyadan