Karate üzrə qran prinin açılışı

“Sərhədçi” idman mərkəzində şəhərində Azərbaycan karate federasiyasının təşkilatçılığı ilə beynəlxalq mükafat yarışının açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə 6 ölkəndən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir.

Çıxış edən AKF-in prezidenti Ülvi Quliyev turnirin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, belə beynəlxalq yarışlar ölkəmizdə idmanın inkişafına, idmançılar arasında təcrübə mübadiləsinə və Azərbaycanın idman nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.

Tədbirdə həmçinin gənclər Yaponiyanın Azərbaycandakı səfiri çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Çıxışlardan sonra qonaqlara AKF tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim olunub. 

Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib. Təltifetmə mərasimlərində AKF-in rəhbərliyi, dövlət qurumlarının nümayəndələri və beynəlxalq qonaqlar iştirak ediblər. Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan