- Baxış sayı: 66
- 12 Noyabr 2026 19:03
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycan komandası kyokuşin karate üzrə dünya çempionatında iştirak edir.
Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində dünya kyokuşin federasiyasının təşkilatçılığı ilə keçirilən 5-ci dünya kyokuşin karate çempionatında millimiz 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsindən ibarət olmaqla ümumilikdə 20 nəfərlik heyətlə təmsil olunur.
Azərbaycan karate federasiyasının baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev milli komandaya rəhbərlik edir.