- Baxış sayı: 182
- 16 Sentyabr 2026 18:39
- Baxış sayı: 50
- Sentyabr 26, 2026
- 0

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam həmrəyliyi oyunlarında final görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Əda Əltamurla üz-üzə gəlib. Rəqibini 5:3 hesabı ilə məğlub edərək İslamiadanın üçqat qalibi olub.
Əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman Heydərov (kata) VI İslam həmrəyliyi oyunlarında bürünc medal qazanıblar.