- Baxış sayı: 182
- 16 Sentyabr 2026 18:39
- Baxış sayı: 50
- Sentyabr 26, 2026
- 0

Gürcüstanın Batumi şəhərində 15 ölkədən 450-dən çox idmançının iştirakı ilə kyokuşin karate üzrə beynəlxalq turnir başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycanı yarışda Azərbaycan karate federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yeniyetmələrdən ibarət komandamız təmsil edib. Turnirdə komandamız ümumilikdə 11 idmançı ilə çıxış edib və iki medal qazanıb.
Həkimzadə Kənan 2-ci, Əliyev Məhəmməd isə 3-cü yerə layiq görülüb.