- Baxış sayı: 81
- 15 İyun 2026 14:11
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Karate üzrə milli komandanın üzvü Roman Heydərov 17-19 oktyabrda Parisdə keçirilən seçim yarışlarında uğurlu çıxış edərək kata proqramı üzrə dünya çempionatına lisenziya qazanıb.
Allsport.az xəbər verir ki, milli komandamız yarışda Azərbaycan karate federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında çıxış edir.
Hazırda seçim yarışları davam edir.
Dünya çempionatı 27-30 noyabrda Misirin paytaxtı Qahirədə keçiriləcək.