- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Karate üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaların 11 üzvü İsveçrədə 6-cı “Bazel Open Masters” beynəlxalq turnirində iştirak edir. Allsport.az federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, noyabrın əvvəlində İndoneziyada yeniyetmə və gənclərin dünya çempionatına hazırlaşan 14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev (-52 kq) və Renata Ərəbli (-54 kq), həmçinin 16-17 yaşlı gənclərdən Elcan Məmmədrzayev (-61 kq), Elman Babayev (-76 kq), Fəridə Əliyeva ((+59 kq), eləcə də 18-21 yaşlı gənclərdən Şahin Quluzadə (-67 kq), Vüsal Kamallı (-75 kq) və Fəridə Abiyeva (-61 kq) bir daha sınaqdan keçiriləcək.
Gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyev səhhəti ilə əlaqədar turnirə yollanmadığından, idmançıların çıxışlarını yeniyetmələrin böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev izləyəcək.
Turnirdə böyüklərdən Avropa Oyunlarının qalibi Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) də iştirak edəcək.
Azərbaycan Milli Karate Federasiyasının prezdenti Yaşar Bəşirovun rəhbərliyi ilə yarışa yollananlar arasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayevlə Vüqar Kərimov da var. İsveçrəyə yollanan heyət ayın 14-də Bakıya dönəcək.