- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan karateçiləri İndoneziyanın paytaxtı Cakartada gənclər və yeniyetmələr arasında 9-cu dünya çempionatında iştirak edəcəklər. Allsport.az xəbər verir ki, qarşıdakı mötəbər yarışa son hazırlıqlarını keçirən idmançılarımız müxtəlif yaş dərəcələrində 18 nəfərlik heyətlə İndoneziyaya yollanacaq.
14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyevin seçdiyi 3 nəfərlik heyətə Nuri Əliyev (-50 kq), Hümmət Baxşəliyev (-57 kq) və Fidan Teymurova (-47 kq) daxildir. 16-17 və 18-20 yaşlı gəncləri çalışdıran böyük məşqçi Şahin Xudaverdiyev isə bu yaş quruplarında yarışlara 12 idmançının qatılmasına üstünlük verib. Elcan Məmmədrzayev (-61 kq), İsa Məmmədov (-68 kq), Elman Babayev (-76 kq), Murad Hacızadə (+76 kq) və Fəridə Əliyeva (+59 kq) 16-17 yaşlı gənclərdə, Ülvi Qurbanov (-60 kq), Şahin Quluzadə (-67 kq), Vüsal Kamallı (-75 kq), Nəcmədin Bünyadov (-84 kq), Sərxan Quluzadə (+84 kq), Fəriə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) isə 18-20 yaşlı gənclər arasında mübarizə aparacaq.
Kata üzrə seçmə komandaların böyük məşqçisi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdən Ceyhun İsmayılova, 16-17 yaşlı gənclərdən Roman Heydərova, 18-20 yaşlı gənclərdən isə Rafiq Əmirova güvənib.
Beynəlxalq dərəcəli hakimlər Yusif Məmmədov, Cahangir Babayev, Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva Cakartada yarışqabağı dərəcələrini yüksəltmək üçün Dünya Karate Federasiyası hakimlər Komitəsinə (WKF) imtahan verəcəklər. Yarışı 211 beynəlxalq hakim idarə edəcək.
Azərbaycan Milli Karate Feerasiyasının prezidenti və WKF Texniki komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə səfər heyətinə baş katib Mir-Cabbar Seyidov, federasiyanın həkimi Pərvin Əkbərov və dünya çempionatından operativ məlumatlar çatdırmaq üçün Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da daxildir.
12-15 noyabr tarixlərində 9-cu dünya çempionatında 94 ölkədən 1425 karateçi iştirak edəcək. Ayın 9-da səfərə çıxacaq idmançılarımız 17 noyabrda Bakıya dönəcəklər.