- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Aytən Səmədli (+68 kq) və Ədilə Qurbanovadan (kata) ibarət karate üzrə qadın milli komandamız İstanbulda nüfuzlu “Boğaziçi” Açıq Karate Turnirindən zəfərlə dönürlər. Allsport.az xəbər verir ki, İlahə Qasımovanın (-55 kq) çempionluğu, Ədilə Qurbanovanın kata yarışlarında gümüş medalı, həmçinin komanda yarışlarında qadınların bürünc mükafat qazanması ümumi hesabda Azərbaycanı ilk pillələrə daxil edib. Bu yüksək nəticəyə Tural Balcanlının (kata) bürünc medal əldə etməsi də təsirini göstərib. Ənənəvi yarışda 14 ölkədən 723 idmançı iştirak edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi İstanbulda “Bosphorus Open”dən 1 qızıl, gümüş və bürünc medallar, eləcə də komanda yarışlarının üçüncülüyünü qazanan milli komandamızın üzvləri mayın 4-də Bakıya dönərək Avropa Oyunlarına hazırlıqlrını davam etdirəcəklər.