“”Karvan-Yevlax”ın itirəcəyi heç nə yox idi”

“Araz-Naxçıvan” premyer liqanın XXI turunda səfərdə “Karvan-Yevlax”ı üstələyib – 2:0.

Allsport.az xəbər verir ki, matçdan sonra muxtar respublika təmsilçisinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib:

“Futbolçulara oyunun çətin olacağını demişdim. Çünki “Karvan-Yevlax”ın itirəcəyi heç nə yox idi. Onlar sona qədər mübarizə aparacaqdılar.

Birinci hissədə taktiki baxımdan planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Yenə də səbirli olduq və əks-hücumda qol vurmaq üçün fürsətimizi yaxaladıq.

İkinci hissədə bir qədər fərqli oynadıq. Çalışdıq rəqibə boş zona verməyək”.

Həmin kateqoriyadan