- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Edin Terziç karyerasını haqda danışıb.
Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis yeni çağırışa hazır olduğunu deyib:
“Karyeramın növbəti mərhələsinə hazıram. Keçmişdə nəyin düz olduğunu və nəyi təkrarlamaq istəmədiyimi haqda götür-qoy etdim. Növbəti səhifənin harada və nə vaxt başlayacağını bilmirəm, amma hazır olmaq istəyirəm.
Mən gənc məşqçiyəm, amma baş məşqçi olduğum üç mövsümüm hamısında kuboklar uğrunda mübarizə aparmağı bacarmışam. Xoşbəxtlikdən ilk mövsümümdə birini, yəni Almaniya kubokunu qazandım. Bir neçə il əvvəl mən kubok qazanmağa çox uzaqda olduğumu düşünürdüm, lakin son illərdə onların sadəcə bir-iki addım olduğunu başa düşdüm. Mənə motivasiya verən də budur.”
Edin Terziç 2020-2021 və 2022-2024-cü illərdə Dortmund klubuna rəhbərlik edib. Ötən mövsüm “arılar”ı çempionlar liqasının finalına yüksəlib və bu oyunda Madrid “Real”ına 0:2 hesabı ilə uduzub.