Karyerasını bitirdi

Dik Advokat məşqçilik karyerasını başa vurduğunu elan edib.

Allsport.az xəbər verir ki, bu məlumatı onun köməkçisi Kor Pot da təsdiqləyib.

Fevralın 23-də Kurasao yığmasının mətbuat xidməti 78 yaşlı mütəxəssisin vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb. Advokatın bu qərarı qızının səhhətində yaranan problemlər səbəbindən ailəsinin yanında olmaq istəyi ilə bağlıdır.

Dik Advokat Kurasao yığması ilə tarixi uğura imza ataraq, komandanı ötən ilin noyabrında ilk dəfə dünya çempionatına çıxarmağı bacarıb.

Karyerası boyu “Zenit”, PSV, “Fənərbağça” və “Reyncers” kimi klublarla yanaşı, Niderland, Belçika, Serbiya və Rusiya milli komandalarını da çalışdıran məşqçi, UEFA kuboku və UEFA superkuboku kimi mötəbər titulların sahibidir.

Həmin kateqoriyadan