- Baxış sayı: 32
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Bu gün “ABU-arena”da qadın həndbolçuların superliqasının 9-ci turunda “Qarabağ” “Azərsu” üzərində qələbəni son 2 saniyədə qazandı (35:34). Görüşün fəallarından olan Katerina Seroştanova allsport.az saytına açıqlamasında uğura belə şərh verdi:
“Yaxşı oyun oldu. Matçı aparırdıq. Təəssüf ki, 2-ci hissənin ortalarından təşəbbüsü əldən verdik. Yəqin, yorğunluqdan idi. Bunun fonunda dəqiq zərbələr vura bilmədik. Əvəzində, “Azərsu”sunun qızları ələ düşən fürsətləri qaçırmayaraq, son dəqiqədə gəlib bizə çatdılar.
Taym-autlarda baş məşqçi bizə müəyyən tapşırıqlar verdi. Bunu tam sözlə ifadə etməyəcəyəm. İzah etdi ki, tələsmək lazım deyil. Oynamaq və güclü tərəflərdən istifadə etmək lazımdır. Allaha çox şükür, sonda bizdə alındı. Çempionluq yolunda mübarizəmiz davam edir. Komandamız ancaq qızl medalı hədəfləyib”.