- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan yığmasının “sükanı arxası”na keçməsi ilə bağlı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki gürcü mütəxəssis bunları söyləyib:
“Mən oyunçularımıza inanıram və demək istəyirəm ki, onlar güclüdürlər, qələbə qazanmağa, böyük turnirlərdə iştirak etməyə qadirdirlər. Federasiyaya bu etimada görə təşəkkürümü bildirirəm. Eyni zamanda “İnter” rəhbərliyinə də minnətdaram ki, mənə yığmada da çalışmaq imkanı yaratdılar. Baxmayaraq ki, bundan imtina da edə bilərdilər.
Öz ölkənin yığma komandasının baş məşqçisi olmaq bir mütəxəssis üçün ən yüksək vəzifədir. Bu, hər kəsin arzusudur. Şadam ki, mənim də ölkə futbolunun inkişafında öz payım olacaq”.
Qeyd edək ki, Gürcüstan yığmasının 2009-cu ildən etibarən Temuri Ketsbaya çalışdırırdı. Amma AÇ-2016-nın seçmə mərhələsindəki uğursuz çıxışı qonşularımızı da Azərbaycan yığmasında olduğu kimi, baş məşqçi dəyişikliyinə əl atmağa məcbur etdi. Sxadadze qarşıdakı yarım il ərzində Gürcüstan yığması ilə “İnter”i birgə çalışdıracaq. Bu müddət ərzində Kaxa Gürcüstan Futbol Federasiyasından maaş almayacaq, bir sözlə ölkəsinin millisi üçün pulsuz çalışacaq. 2015-ci ilin yayında isə o, “bankirlər”lə yollarını ayırıb, GFF ilə iki illik rəsmi müqaviləyə imza atacaq.