“Kifayət qədər yaxşı oynamadıq”

“Bayer Leverkuzen”in baş məşqçisi Kasper Yulmann çempionlar liqasının pley-off mərhələsinin cavab oyununda “Olimpiakos” klubu ilə heç-heçəni (0:0) və 1/8 finala yüksəlmələrini şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis komandasının mərhələ keçməsindən məmnun olsa da, nümayiş olunan oyunu tənqid edib: “1/8 finala yüksəldiyimiz üçün çox şadıq, lakin kifayət qədər yaxşı oynamadıq. Oyunun 25-ci dəqiqəsindən sonra rəqib hücumda nəsə edə biləcəyini hiss etdi. Bu matçda çox müdafiə olunmağı planlaşdırmamışdıq, amma məcbur qaldıq və bunun öhdəsindən gəldik. Ola bilsin ki, enerjimiz bir az az idi, indi bərpa olunmalıyıq”.

Həmin kateqoriyadan