- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Aprelin 18-19-da Azərbaycan Kikboksinq Federasiyası “narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında XXI Azərbaycan çempionatını keçirib. Allsport.az xəbər verir ki, Azərbaycanın dövlət himnilə başlayan çempionat “narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında keçirilib.
Kikboksinq Federasiyasından verilən məlumata görə, çempionatın keçirilməsində məqsəd 2015-ci ildə dünya, Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnirlərində iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirmək olub. Kikboksçular öz güclərini sınayıblar.
Çempionatı giriş sözü ilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev açaraq Azərbaycan idmanının uğur və nailiyyətlərindən, kikboksinq idman növünə böyük maraqdan danışıb. O, Azərbaycanın artıq beynəlxalq idman arenasında özünəməxsus yer tutduğunu, bu il Bakıda keçirilən Ilk Avropa Oyunlarının ölkə idmanının uğurlarından xəbər verdiyini diqqətə çatdırıb.
A.Əliyev ölkədə idmançılara yaradılan hər çür imkan və şəraitə görə, Prezident İlham Əliyevə təşəkkürünü, idman siyasətinin güclənməsində göstərdikləri xidmətlərə görə, İdman və Gənclər naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentinə Çingiz Hüseynzadəyə təşəkkürünü bildirib.
Federasiya rəhbəri Azərbaycanın son illər qazandığı nailiyyətlər haqqında danışıb.
“Bu gün ölkəmiz inkişaf edir. Ölkəmizin güclənməsi onun işğal altında qalan torpaqlarının azad olunmasını sürətləndirir. Bu günün kikboksçuları sabahın əsgərləridir və torpaqlarımızın düşmənlərdən azad olunmasında fəal iştirak edəcəklər”, – deyə millət vəkili əlavə edib.
Kickboxing.az xəbər verir ki, çempionat kişilər arası komanda hesabına (5 qızıl, 4 gümüş və 3 bürünc medal) kikboksinq üzrə XXI-ci Azərbaycan Çempionatının Kubokunu NEFTÇİ İSM klubunun qələbəsilə başa çatıb.