Kikboksçularımız mundiala yollanır

26 oktyabrdan 1 noyabra qədər Serbiyanın paytaxtı Belqradda Kikboksinq idmanının WAKO versiyası üzrə dünya çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, hər iki ildən bir keçirilən bu mötəbər dünya çempionatına milli komandamız 1995-ci ildən qatılır.

Lakin məhz bu il kikboksinq üzrə yığma komanda ən böyük tərkibdə Azərbaycanı təmsil edəcək. Bu məqsədlə bu gün idmançılarımız media nümayəndələri ilə görüşüb.

Yığma komandanın baş məşqçisi Elşən Əbdülrəhimov müsahibəsində bir çox idmançıların uğur qazanacağına inandığını və yaxşı nəticələrlə vətənə qayıdacaqlarına ümid bəslədiyini bildirib.

Elşən Əbdülrəhimov: “Artıq federasiya rəhbərliyi də idmançılarla görüşərək onlara uğurlar arzu edib. Bu çox məsuliyyətli və önəmli yarış olacaq. İlk dəfədir ki, yarışa 25 idmançı ilə qatılırıq. İdmançılarımızın vətənə yüksək nəticələrlə qayıdacaqlarına ümid edirəm”.

Yığma komandanın tərkibi:

1. Anar Məmmədov- 51 kq LOWKICK
2. Çingiz Əhmədzadə – 51 K-1
3. Ramiz Məmmədov – 54 LOWKICK
4. Elşad Ələsgərov – 54 K-1
5. Ruslan Musayev – 57 LOWKICK
6. Camal Məmmədov – 57 KICKLIGHT
7. Zöhrab Əzimov – 60 LOWKICK
8. Elnur Daryagir – 63.5 LOWKICK
9. Eduard Məmmədov – 63 KICKLIGHT
10. Turan Gafarov – 67 K-1
11. Ramal Aslanov – 61 LOWKICK
12. İbrahim Məmmədov – 71 k-1
13. Emil Möhsümzadə – 71 LOWKICK
14. Əlişan Aslanlı – 75 K-1
15. Musa Abdullayev – 79 KICKLIGHT
16. Bəybala Quliyev – 81 LOWKICK
17. Xəyal Əhmədov – 81 K-1
18. Elnur Əliyev – 84 KICKLIGHT
19. Orxan Məlikov – 86 LOWKICK
20. Fuad Zeynalov – 89 KICKLIGHT
21. Zamiq Atakişiyev – 91 LOWKICK
22. Anar Məmmədov – 91 K-1
23. Ağalar Sadıxzadə +91 LOWKICK
24. Vüqar Cavadov – 94 KICKLIGHT
25. Ehram Məcidov +94 KICKLIGHT

İdmançıları bu yarışa federasiyanın vitse prezidenti Güloğlan Cabbarov, Sadlq Bağırov, baş məşqçi Elşən Abdulrəhimov, məşqçilər Hikmət Hacıyev, Telman Məhərrəmov, Fuad Sayadov, Sani Jabbarov, Kamran Aşrafzadə və Rövşən Hacıyev müşayət edəcəklər.

Həmin kateqoriyadan