- Baxış sayı: 108
- 02 Dekabr 2025 13:59
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

UFC çempionu Həmzət Çimayev oktaqona qayıdacağı tarixi açıqlayıb.
Allsport.az xəbər verir ki, çeçen idmançı son olaraq Drikus du Plessis üzərində qələbə qazanaraq orta çəkidə çempionluq kəmərini qazanıb.
Adəm Zubayrayevin vlogunda çıxış edən Çimayev deyib:
“Mənim qayıdışım? Ramazandan sonra. İndi ayağımdan kiçik bir əməliyyat olunmalıyam. Bir neçə həftə məşqlərdən uzaqlaşacağam. Ondan sonra hazırlaşacağıq. Kimi versələr, onu da döyəcəyik.”
Müqəddəs Ramazan ayı 2026-cı ildə fevralın 17-dən martın 19-a qədər davam edəcək. Beləliklə, Çimayevin növbəti döyüşünün martın ortalarından sonra, yəni 2026-cı ilin yaz-yay aylarında baş tutacağı gözlənilir.