Kimmix qalır, yoxsa gedir?

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix klubu ilə müqaviləsini uzatmağa hazırdır.

Allsport.az xəbər verir ki, almaniyalı futbolçu artıq rəhbərliklə dialoqa açıqdır.

Kimmixin “Bayern”lə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Yayda “Mançester Siti”, PSJ və “Barselona” kimi klublar onun xidmətində maraqlı olsalar da, 29 yaşlı futbolçu ən azı hazırkı müqaviləsi bitənə qədər Münhen klubunda qalmağa qərar verib.

Həmin kateqoriyadan