- Baxış sayı: 26
- 26 Noyabr 2024 17:01
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
Premyer Liqanın son turunda AzAL klubu ilə qarşılaşan (1:1) “Sumqayıt” 2 günlük istirahəti başa vurub. Allsport.az saytı xəbər verir ki, komanda ötən gün baş məşqçi Samir Abasovun rəhbərliyi ilə “Kapital Bank Arena”da məşqə çıxıb. Hazırlığın ilkin mərhələsində daha çox fiziki hazırlığa üstünlük verən “Sumqayıt” daha sonra toplu çalışmalarla məşqi tamamlayıb.
Qeyd edək ki, Tərlan Əhmədli, Yusif Nəbiyev və Azər Salahlı U-21 millimizin heyətində olduğu üçün hazırlığa qatılmayıb. Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq, “Sumqayıt” yoxlama oyunu da keçirəcək. Komanda “Neftçi” ilə qüvvəsini sınayacaq. Görüş oktyabrın 8-də saat 16:00-da “Kapital Bank Arena”da keçiriləcək.