- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qəbələ” – “Apollon” (Kipr) oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşür:
“Bizi çox çətin oyun gözləyir. “Apollon” güclü komandadır. Səfərdə qol vurub, heç-heçə etməyimiz böyük əhəmiyyət kəsb etmir. Çünki Kipr klubunun heyətində bacarıqlı, sürətli oyunçular var. Belə oyunçuları zərərsizləşdirmək asan deyil. Bizə çətin anlar yaşada bilərlər. Bu üzdən də komandamız yalnız öz oyunu haqda düşünməlidir. “Apollon”la qarşılaşmada hakimin portuqaliyalı olması məni maraqlandırmır. İlk matçın nəticəsini də unutmuşuq. Yalnız cavab oyununa köklənmişik. Azərbaycanın nə qədər çox komandası avrokuboklarda mübarizəni davam etdirsə, bir o qədər yaxşıdır. İstəmərəm ki, hansısa Azərbaycan klubu mübarizəni dayandırsın. Çünki Premyer Liqa başlamaq üzrədir. Çempionatda rəqabət də daha böyük olacaq. Azarkeşlər bütün Azərbaycan klublarına dəstək olmalıdır. Bütün azarkeşləri oyuna səsləyirəm. Amma Kiprdə baş verənlər təkrarlanmamalıdır. Futbolu belə xoşagəlməz hadisələrdən təmizləməliyik”.