- Baxış sayı: 48
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kişi həndbolçular Konya-2021 İslam həmrəyliyi oyunlarına hazırlığı davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” olimpiya idman mərkəzi və “ABU arena”da 2 dəfə məşq keçən seçməyə 16 nəfər cəlb edilib.
Hər gün davam etdirilən prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Ayın 22-dən etibarən Gürcüstana yollanacaq millimiz, toplanışı orada keçəcək.
İyulun 29-dək davam edəcək hazırlıq çərçivəsində yerli komandalar ilə bir neçə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub.