- Baxış sayı: 51
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Qadınların ardından, kişi həndbolçuların superliqasına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, pley-ofda böyük maraqla gözlənilən “Məhsul” – “Bakı” matçı gərgin keçib. Qızıl medallara iddialı rəqiblərin oyununda əsas vaxt 32:32 hesabı ilə bitdiyindən, qalib 7-metrlik zərbələrlə müəyyənləşib. Burada dəqiq olan paytaxtın eyni adlı komandası (3:0) debüt ilində ilk Azərbaycan çempionluğunu qazanıb.
Digər qarşılaşmada “Təhsil” RİOEUGİM komandasını 45:28 hesabı ilə məğlub edərək bürünc medallara yiyələnib. Fəxri kürsüyə qalxan komandalara, həmçinin fərdi nominasiyalar üzrə fərqlənən idmançılara, AHF-nin fəxri diplom və mükafatları təqdim olunub.
Qeyd edək ki, Elnur Cahangirovla Yelizaveta Hilyazəddinova ən yaxşı qapıçı, Dmitri Çapliginlə Valentina Yankovskaya ən yaxşı oyunçu sayılıblar. Yarışın bombardiri Anna Həmidova olub.