- Baxış sayı: 42
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 30
- Noyabr 21, 2024
- 0
Martın 7-də Cənubi Afrika Respublikası paytaxtı Keyptaunda Dünya Hokkey Liqasının 2-ci raundu start götürəcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda kişi otüstü hokkeyçilərindən ibarət millimiz də mübarizə aparacaq. «B» qrupunda yer alan komandamız Belarus, Fransa və Çex Respublikasının seçməsi ilə qarşılaşacaq.
Digər, «A» yarımqrupunda ev sahibi ilə yanaşı, Çin, Misir və İsveçrə hokkeyçiləri yarışacaqlar.
İlkin mərhələ başa çatdıqdan sonra, 1/4 final başlayacaq. Martın 12-də hər qrupun qalibi digərində 4-cü yeri tutan milli komanda ilə görüşəcək. 2-ci pilləni tutanlar isə, digər qrupun 3-cüsü ilə üz-üzə gələcəklər. Daha sonra çərək finalın qalibləri ayın 14-də yarımfinalda qarşılaşacaqlar.
Bürünc medal və final oyunu ertəsi gün baş tutacaq. Həlledici matça vəsiqə qazananlar Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaq.