Kişi şahmatçıların ölkə çempionatının açılışı

15-26 yanvarda kişi şahmatçıların ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün yarışın açılışı olub. Mərasimdə AŞF-in vitse-prezidenti Faiq Həsənov, gənclər və idman nazirliyinin nümayəndəsi, yarışların baş hakimi Lütviyar Rüstəmov çıxış edərək, iştirakçılara müəyyən məlumat veriblər. Onlar yarışın əhəmiyyətindən danışıblar və zəka sahiblərinə uğurlar arzulayıblar.

Azərbaycan çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə 1-ci dəstənin 2 qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparacaqlar. Partiyalar AŞF-in binasında keçiriləcək. Oyunlara sabah saat 10:00-da start veriləcək.

Qeyd edək ki, sonuncu ölkə çempionatının qalibi Abdulla Qədimbəylidir.

Həmin kateqoriyadan