- Baxış sayı: 112
- 25 Mart 2026 16:38
- Baxış sayı: 228
- Mart 26, 2026
- 0

Kişi voleybolçulardan ibarət millimiz Avropa gümüş liqasına hazırlıqlara start verib. Allsport.az saytı xəbər verir ki, komandamız baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə bu gün GİN-in voleybol mərkəzində ilk məşqinə çıxıb. Bakıda təşkil olunan məşqlərə əsas heyət oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar.
Seçməmiz ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Rəqiblər meydan sahibi və Gürcüstan komandası olacaq. İkinci tur 13-15 iyunda Bakıda olacaq. Doğma meydanda Lüksemburq və Macarıstan ilə qarşılaşacaq.
20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq son turda isə yığmamız ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.