“Klub mənə heç vaxt qərar verməyim üçün təzyiq göstərməyib”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi haqda danışıb.

Allsport.az xəbər verir ki, ispan mütəxəssis gələcəyi barədə qərar vermədiyini deyib:

“Hazırda heç bir qərar verməmişəm. Qərar verəndə kluba, sonra mətbuata məlumat verəcəm. Diqqətimi cəmlədiyim yeganə şey növbəti oyundur.

“Mançester Siti”dəki gələcəyimi həll edəcək amil? Hava durumu! Mən onun dəyişməsini gözləyirəm, sonra qərar verəcəm. Düzünü desəm, klub mənə heç vaxt qərar verməyim üçün təzyiq göstərməyib. Heç vaxt. Əminəm ki, bir gün ayrılsam, onların məni əvəzedəcək variantları var.”

Həmin kateqoriyadan