- Baxış sayı: 197
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 75
- Dekabr 05, 2025
- 0

Çimərlik voleybolu üzrə qadınlardan ibarət “Azərreyl” və kişilərdən ibarət “Murov” komandaları klublararası Avropa kubokunda mübarizəyə start veriblər.
Allsport.az xəbər verir ki, “Azərreyl” yarışın ilk günündə Avstriya təmsilçisi “Bergstrand” və Fransa klubu “Re Biç Klub” ilə qarşılaşıb. Keçirdiyi 4 oyundan 2-sində qalib gələn qızlarımız ümumi komanda hesabındakı nəticəyə görə aktivinə 2 xal yazdırıb.
Kişilərin yarışında mübarizə aparan “Murov” klubu isə kubokun 1-ci günü İspaniyanın “Biçbol la Malva Valensiya” komandası ilə üz-üzə gəlib. Qarşılaşmaların 1-ində qalib, digərində məğlub olan təmsilçimiz, reqlamentə əsasən 1 xal qazanıb.