“Köhlən atlar” ÇL tarixə antirekordla düşdü

“Qarabağ”ın çempionlar liqasındakı tarixi mövsümü antirekordla yadda qalıb.

Allsport.az xəbər verir ki, turnirin pley-off mərhələsinin cavab oyununda “Sent-Ceyms Park”da “Nyukasl”a 2:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi bir mövsüm ərzində qapısında ən çox qol görən komanda kimi turnirin tarixinə düşüb.

Bakıdakı ilk görüşdə (1:6) qapısından 6 top buraxan “Qarabağ” cavab oyunundakı 3 qolla birlikdə cari mövsüm Çempionlar Liqasında buraxdığı qolların sayını 30-a çatdırıb.

Bununla da Azərbaycan çempionu 2001/02 mövsümündə 28 qol buraxan “Bayer Leverkuzen”in antirekordunu geridə qoyub

Həmin kateqoriyadan