- Baxış sayı: 47
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki “böyük dəbilqə”də mübarizəyə başlayıb.
Allsport.az xəbər verir ki, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayıb. Hər 3 idmançı mübarizəyə 1/8 finaldan start verib.
Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.
Kokauri isə startda Əmrə Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.
Yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.