- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Çox ağır oyun oldu. Hər an üçün mübarizə apardıq”.
Allsport.az xəbər verir ki, bunu “Xırdalan” basketbol klubunun baş məşqçisi Uğur Özdəmir deyib.
Türkiyəli mütəxəssis Azərbaycan basketbol liqasının pley-off mərhələsinin “Neftçi” ilə ilk oyununu şərh edib: “Görüşə yaxşı başladıq, amma sonradan ritm enişi yaşadıq. Çox sadə səhvlər etdik. Buna baxmayaraq, oyunun gedişində nəzarət bizim əlimizdə oldu. 2-ci və 4-cü periodlarda səhvlərimiz daha çox oldu. Bu yalnız hesabda deyil, həm də oyun olaraq geri düşməyimizə gətirib çıxardı. Sevinirdirici məqamdır ki, 6 basketbolçumuz 2 rəqəmli xal həddini aşa bilib. Komanda əla mübarizə apardı. Buna görə də onlara ayrıca təşəkkür edirəm və qələbəyə görə təbrik edirəm”.